Yazını böyüt
Yazını kiçilt
Sabah Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndlərinin təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Buna səbəb payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasıdır.
Məlumata görə, iyunun 9-da saat 10:00-dan etibarən işlər yekunlaşanadək adıçəkilən yaşayış məntəqələrinin qaz təchizatı dayandırılacaq.